Sarkisyan nə istəyir?| "Qarabağ klanı"ndan intiqam, yoxsa...

2018/05/12_1525690668.jpg
Oxunub: 3352     18:54     07 May 2018    
İrəvanda baş verən hadisələr zamanı işğal altında olan Qarabağdakı qondarma "qüvvə"lər Ermənistandakı hakimiyyəti dəstəkləmək əvəzinə, faktiki olaraq Sarkisyanla məxməri inqilab arasında vasitəçi rolunu oynamağa çalışıb.

Mənbələrin bildirdiyinə görə, onlar daxili siyasi gərginliyin azadılması istiqamətində Sarkisyan və Paşinyanla danışıqların aparılmasına böyük səy göstəriblər. Hadisələrin getdikcə ciddiləşməsindən və təhlükəli xarakter almasından qorxan Qarabağdakı oyuncaq qüvvələr, tərəfdaşlarının Ermənistan hakimiyyəti yox, xalqın olduğunu elan etdilər.

"Qarabağ klanı"nın hakimiyyətdən getməsi nəticəsində, bir vaxtlar bölgədə Sarkisyanın sevimli "oyuncaq"ları olan "qüvvə"lər, hazırda ümumerməni gündəliyinin formalaşdırılmasında mühüm rol oynamağa çalışır.

Həmçinin hazırkı vəziyyətdən faydalanmağa çalışan "kukla"lar Qarabağın subyekt olaraq danışıqlar prosesində əhəmiyyətinin artırılmasını düşünürlər. Təsadüfi deyil ki, bir sıra dairələrdə qeyd olunur ki, çoxşaxəli hakimiyyətin qurulacağını nəzərdə tutan Ermənistandakı institutsional və siyasi baxımdan yeni siyasi reallıqlar, işğal altında olan ərazilərdə formalaşdırılan qondarma rejimin "nizamlanma prosesində və beynəlxalq münasibətlərdə öz mövqeyini bildirməyə, müstəqil siyasət yürütmək üçün öz resurslarını artırmağa, fərqli mövqe bildirməsinə" imkan verəcək.

Bu baxımdan, hazırda Qarabağdakı oyuncaq rejim məxməri inqilabın baş verməsini bir növ Sarkisyan klanından qurtulmaq kimi də dəyərləndirir.

Lakin Ermənistanda Qarabağ mənşəli olmayan hakimiyyətin formalaşdırılmasına səy göstərildiyi bir məqamda, Qarabağdakı oyuncaq qüvvələrin taleyi ipdən asılı vəziyyətə düşür. Sarkisyan hərbi-kriminal hakimiyyətindən qurtulmaq, nəinki Qarabağ üçün elə Paşinyan üçündə gələcəkdə acınacaqlı (?) nəticələrə səbəb ola bilər. Kim bilir, bəkə bu Sarkisyanın çoxgedişli addımlarından biridir... Öncədən müəyyən edilmiş "müxalif" qüvvələrin köməyi ilə sistemi, tərəfdaşları və ya müttəfiqləri ələkdən keçirmək? Maraqlıdır... Bəlkə, istefa verməsinə baxmayaraq, hələ də prezident iqamətgahına gedib gələn və hələ də Respublika partiyasının toplanışlarını təşkil edən Sarkisyan hər kəsi sınayır? Sarkisyanın atacağı addımlar qaranlıq qalsa da, bir şey məlumdur - İntiqam.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sarkisyan   Qarabağ  


Bizi "telegram"da izləyin